"Bakı-2015" : Bu gün yarışacaq idmançılarımızın SİYAHISI

00:57 21 İyun 2015

İlk Avropa Oyunlarının növbəti günündə azərbaycanlı idmançılar bir çox idman yarışlarına qatılacaqlar.

 


Atıcılıq, saat 09:00

İyunun 21-də  kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş üzrə təsnifat mərhələsində İradə Aşumovanın oğlu Ruslan Lunev iştirak edəcək. İ.Aşumovanın özü bu gün yarışlardan ayrılmaq məcburiyyətində qalsa da, oğlundan yüksək nəticə gözləyir. Əgər Ruslanın güllələri tam hədəfə dəysə, o, finala qədər yüksələ bilər.

Atıcılıq üzrə yarışlarda həm də  Emin Cəfərov və Paşa Ahadpur Xangan dairəvi stend üzrə yarışda iştirak edəcəklər.

Voleybol, saat 20:00

Qadınlar arasında A qrupunda ilkin raund mərhələsində Azərbaycanın son görüşü Türkiyə ilə olacaq. Bazar günü baş tutacaq görüşdə A qrupunun lideri bəlli olacaq. Azərbaycanlı tamaşaçıların həm də türkiyəli idmançılara canfəşanlıqla azarkeşlik etdiyini nəzərə alsaq, zalda kifayət qədər maraqlı atmosferin olacağını gözləmək olar. Azərbaycan növbəti mərhələyə rahat adlamaq üçün Türkiyəni 3:0 hesabı ilə udmalıdır.

Atletika, saat 16:-00-dan

Bazar günü Avropa Oyunlarında atletika üzrə oyunlara start verilir. Bu idman növü üzrə yarışlara Azərbaycan geniş tərkibli komanda heyəti ilə qatılır. Azərbaycan təmsilçiləri qadınlar arasında 100 m, 400 m və 800 m, maneələri dəf etməklə qaçış, disk atma, kişilər arasında 1500 m, 5000 m, sədlərlə 400 m qaçış, nüvə itələmə, uzunluğa tullanma, çəkic atmaq, üçtəkanla tullanma, şüvüllə tullanma, hündürlüyə tullanma kimi kateqoriyalar üzrə iştirak edəcəklər.

Azərbaycan komanda halında həm də 4x100 m estafet qaçışında yarışacaq.  İdmançıların çıxışları fərqli saatlarda baş tutacaq. Hər bir idman növü üzrə çıxışların dəqiq vaxtı haqda ətraflı məlumatı baku2015.com saytından almaq mümkündür.

Akrobatika, saat 16:05-dən

Akrobatikada qadınlar arasında balans hərəkətləri üzrə finalda 6 komanda yarışacaq. Azərbaycan komandasının üzvlərinə Nərmin Ramazanova, Lalə Hüseynova və Aynur Hüseynova daxildir. Qadınlar arasında temp hərəkətləri üzrə final 18:25-də başlayacaq.

Eyni gündə həm də qarışıq komandada balans və temp hərəkətləri üzrə final keçiriləcək.  Uliana Dyakova və Anatoliy Leonov cütlüyü bu yarışdakı digər 5 ölkənin nümayəndələri ilə üzləşəcək. Yarışa saat 17:30-da start veriləcək

Kamandan oxatma, saat 10:30-dan

Qadınlar arasında fərdi yarışların 1/16 seçmə mərhələsində Olqa Senyuk Danimarkadan Maja Jagerlə yarışacaq. Əgər nəticə uğurlu alınarsa, azərbaycanlı Senyuk digər mərhələlərə qalxacaq. Qadınlar arasında oxatma üzrə final görüşü saat 17:00-a planlaşdırılıb.

Olqanı onu həyat yoldaşı və həmkarı Taras Senyuk dəstəkləyəcək. Taras şənbə günü kişilər arasında yarışın 1/32 finalında Cef Henkelsə (LUX) 6-4 hesabı ilə məğlub olaraa yarışdan kənarlaşdı.

Boks, saat 14:15-dən

Azərbaycanlıların uğurlu çıxış etdiyi idman növlərindən biri – boksda idmançılarımız 1/8 finalda mübarizəni davam etdirəcəklər. Qarşılaşmalar aşağıdakı qaydada keçiriləcək:

64 kq çəki dərəcəsi: Collazo Sotomayor- Dmitriy Qaraqot (Moldova) - saat 20:30

69 kq çəki dərəcəsi: Pərviz Bağırov- Vasili Belous (Moldova) - saat 14:15

75 kq çəki dərəcəsi: Xaybula Musalov- Kristian Mbilli Assomo Hallier (Fransa) Saat 21:00

91 kq çəki dərəcəsi: Abdulqadir Abdullayev-Adam Hamori (Macarıstan) saat 15:30

Qadınlardan yüngül (57-60 kq) çəki dərəcəsində Yana Alekseyevna Finlandiyalı Mira Potkonenlə görüşəcək.

Şosse velosipedi, saat 10:00-dan

işilər arasında şosse velosipedi yarışında Azərbaycandan üç velosipedçi – Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov pedal fırladacaq.

Suya tullanma, saat 09:00-dan

Artyom Danilov kişilər arasında platformadan tullanma üzrə ilkin raundda, Olqa Bikovskaya isə 3m tramplin üzrə ilkin yarışlar raundunda iştirak edəcək.

Bədii gimnastika, saat 14:30-dan

Tanınmış idmançı Marina Durunda top, halqalar və lentlər üzrə fərdi yarışda öz bacarığını ortaya qoyacaq.

Batut gimnastikası, saat 10:00-dan

Batut gimnastikası üzrə finalda kişilərdən İlya Qrişunin, qadınlardan isə Svetlana Makştarova çıxış edəcək.


Xəbər xətti