"Bakı-2015" : 5 boksçumuz 1/4 finala yüksəldi

22:27 21 İyun 2015

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir.

Bu gün Azərbaycan yığmasının 5 üzvü rinqə çıxacaq və onlar 1/4 finala yüksəlməyə çalışacaq.

 

Kişilər

64 kq

İlk görüşündə slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran təmsilçimiz Lorenzo Sotomayor 1/8 finalda moldovalı Dmitri Qalaqotla qarşılaşıb. Təmsilçimiz bütün raundlarda rəqibindən üstün olub - 3:0. Onun 1/4 finaldakı rəqibi rumıniyalı Daniel Nikulesku olacaq. Döyüş iyunun 23-də saat 20:15-də keçiriləcək.

69 kq

Mübarizəyə 1/8 finaldan qoşulan Pərviz Bağırov ilk görüşündə moldovalı Vasili Belusla üz-üzə gəlib. Avropa çempionumuz rəqibinə 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.B ağırov 1/4 finalda Abass Baraou (Almaniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 21:15-ə təsadüf edəcək.


75 kq

Bu çəkidə Azərbaycanı Xaybula Musalov təmsil edib. O, 1/4 finala çıxmaq uğrunda fransız Kristian Haller-Assomo Mbilli ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. X.Musalov 1/4 finalda belaruslu Vitali Bandarenka ilə qarşılaşacaq. Döyüş iyunun 24-də saat 13:30-da başlayacağı gözlənilir.


91 kq

Ağır çəki dərəcəsində ölkəmizi təmsil edən Abdulqadir Abdullayev
 ilk döyüşünü macarıstanlı Adam Hamoriyə qarşı keçirib.  Hər üç raunda rəqibindən üstün olan idmançımız 1/4 finala vəsiqə qazanıb.  Abdullayev 1/4 finalda Raul Omba Bionqolo (Fransa) ilə üz-üzə gələcək. Görüş iyunun 23-də saat 21:30-da başlayacaq. 

Qadınlar

60 kq


Qadın boksçularımızdan  bu gün rinqə Yana Alekseyevna çıxıb. O, 1/8 finalda finlandiyalı Mira Potkonenlə üz-üzə gəlib. Gərgin keçən döyüş boksçumuzun qələbəsi ilə başa çatıb - 3:0. Y.Alekseyevna 1/4 finalda  rusiyalı Zinaida Dobrınina ilə qarşılaşacaq.  Görüş iyunun 24-də 12:30-da başlayacaq.

Qeyd edək ki, boksçularımızdan Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) artıq adını 1/4 finala yazdırıb. Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) isə yarışa bu mərhələdən qoşulacaqlar.


Digər xəbərlər

Xəbər xətti