"Bu qələbəmi bütün Azərbaycana həsr edirəm" - Marina Durunda

23:52 21 İyun 2015

"Mən bu qələbəmi bütün Azərbaycana həsr edirəm". 

Sportarena.az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bunu "Bakı-2015" Birinci Avropa Oyunlarında  bədii gimnastika üzrə lentlə hərəkətlərdə gümüş medal qazanan təmsilçimiz Marina Durunda deyib.

O, qeyd edib: "Çox xoşbəxtəm ki, öz çıxışımla və qələbəmlə bütün Azərbaycanı sevindirdim. Mənim üçün milli Azərbaycan musiqisinin sədaları altında çıxış etmək vacib idi və düşünürəm ki, hər şey alındı".

Gimnastın sözlərinə görə, bir qədər həyəcanlı idi:

"Çünki öz ölkəndə çıxış etmək heç də asan deyil. Şadam ki, hər şey alındı. Uğursuz hərəkətlərdən sonra idman qəzəbi yarandı. Lentlə hərəkətlərlə olan sonuncu çıxışım ən məsuliyyətlisi idi, çünki sonuncu çıxış edirdim və Avropa Oyunlarında gimnastika yarışlarını bağlayırdım. Bacardığımı etməyə çalışırdım, amma bizim idmanda hər şey bizdən asılı deyil".


Digər xəbərlər

Xəbər xətti