"Bakı-2015" : 4 boksçumuz yarımfinala yüksəldi

22:33 22 İyun 2015

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi keçirilir.

Azərbaycan boksçuları bu gün baş tutan bütün çəki dərəcələrində iştirak edir.
 

 

49 kq

Avropa və dünya çempionumuz Salman Əlizadə bu mərhələdə irlandiyalı Brendan İrvinlə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub.  


52 kq

Bu çəki dərəcsində mübarizə aparacaq idmançımız Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenovla qüvvəsini sınayıb. E.Məmişzadə rəqibini 2:1 (30:27; 30:27; 28:29) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib.

E.Məmişzadə 1/2 finalda Almaniyanı təmsil edən Həmzə Touba ilə döyüşəcək. Görüş iyunun 25-də saat 13:30-da başlayacaq.
 

56 kq


Son Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qarşılaşıb.  Hər üç raundda qalib gələn Əliyev yarımfinala yüksəlib. O, finala gedən yolda rusiyalı Baxtovar Nazirovla qarşılaşıb. İdmançımız hər 3 raundu xeyrinə bitirib – 3:0 (29:28; 29:28; 29:28).

Yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edən  T.Əliyev bu mərhələdə Rusiya təmsilçisi Baxtovar Nazirovla qarşılaşacaq. Görüşə iyunun 24-də saat 19:30-da start veriləcək.

81 kq


Bu çəkidə ölkəmizi təmsil edən Teymur Məmmədov Hollandiya idmançısı Peter Mullenberqlə döyüşüb. Avropa çempionumuz rəqibini 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, 1/2 finalda rusiyalı Pavel Silyaginlə üz-üzə gələcək.  Məmmədov – Silyagin qarşılaşması iyunun 24-də saat 20:15-də başlayacaq.

+91 kq


Yığmamızın lideri Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə qarşılaşıb. 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa və dünya çempionumuz bu görüşdə 3:0 hesabı ilə  (30:27; 29:28; 30:27) qalib gəlib.Məcidov bu mərhələdə Qasan Qimbatovla qüvvəsini sınayacaq. Döyüş iyunun 25-də saat 14:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti