"Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub" - Qurban Qurbanov

16:41 22 İyun 2015

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünə münasibət bildirib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, Monteneqro çempionu “Rudar”la qarşılaşacaqlarını xatırladıb.

“İlk növbədə onu qeyd etməliyəm ki, hazırda bizi öncə komandamızın hazırlığı düşündürür. Məlum səbəblərdən komandamız hələ tam yığışa bilməyib. İyunun 24-dən etibarən tam heyətlə hazırlaşa biləcəyik. Bu baxımdan maksimum halda ilk oyuna qədər hazır olmağa çalışmalıyıq.  Rəqib haqqında onu deyə bilərəm ki, çətin oyun olacaq. Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub.  Həm də onları bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Belə deyərdim ki, bu oyun bizə hamısından daha önəmlidi. Deyərdim ki, bu tur “play-off” qarşılaşmasından daha önəmlidir” - deyə Q.Qurbanov bildirib.


Digər xəbərlər

Xəbər xətti