Baş katib FİFA nümayəndələrini qəbul etdi

19:13 22 İyun 2015

AFFA-nın inzibati binasında "FİFA Connect" layihəsini təmsil edən Christian Michels və Daniele Gonteri baş katib Elxan Məmmədovla görüşüb. 
 

Görüşdə layihənin tətbiqi ilə bağlı səmərəli müzakirələr aparılıb. Sözügedən layihə bu qurumun üzvü olan bütün milli assosiasiyalarda qeydiyyat bazasının yaradılmasını nəzərdə tutur.

Xatırladaq ki, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.


Digər xəbərlər

Xəbər xətti