“Qarabağ” favoritdir”- "Rudar"ın kapitanı

12:56 23 İyun 2015

Çempionlar Liqasında təmsilçimiz “Qarabağ”la qarşlaşacaq “Rudar”ın kapitanı Nedelyko Vlahoviç rəqibləri ilə bağlı açıqlama verib. 
 

Sportarena.az xəbər verir ki, UEFA-nın saytına danışan müdafiəçi Ağdam klubunu favorit sayır: ““Qarabağ” favoritdi amma, onlar bunu meydandakı mübarizədə də sübut etməlidir. Biz yaxşı oyun göstərmək üçün hazır olacağıq. Nə baş verəcəyini görəcəyik. Bu, ilk dəfə deyil ki, cütün favoriti olmayan komanda sürprizə imza atır".

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 15-də Bakıda, cavab görüşü isə bundan 1 həftə sonra baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti