Avropa Oyunlarının bağlanış mərasiminin sirri açıqlandı

14:04 23 İyun 2015

Bakıda keçirilən Birinci Avropa Oyunlarının Bağlanış Mərasimi Açılışdan fərqli olacaq.

Bunu Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən ənənəvi mətbuat konfransında deyib. 

"Ənənəvi olaraq bağlanış mərasimi açılışdan fərqli olacaq. Burada idmançılar təntənəli surətdə bağlanışı həyata keçirəcəklər. Bu tədbir, müəyyən qədər karnavala da bənzəyəcək. Amma mərasim haqqında məlumatlar məxfi saxlanıldığından mən daha ətraflı heç nə deyə bilmərəm", - deyə Saymon Kleq əlavə edib.

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimi iyun ayının 12-də olub. Bağlanış isə iyunun 28-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti