Samboçumuz ağır zədələndi, rəqibi onu çiynində apardı - FOTO +VİDEO

16:26 23 İyun 2015

“Bakı-2015”də Azərbaycan samboçusu, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Amil Qasımov qızıl medal uğrunda görüşdə Belarus təmsilçisi Stepan Popovla qarşılaşıb. 
 


Sportarena.az xəbər verir ki, döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb. 1:3 hesabı ilə uduzan samboçumuz Avropa Oyunlarının gümüş mükafatçısı olub. Amil Qasımov final görüşündə ağır zədə alıb. 
 


Bu zaman rəqibi onu belinə alaraq meydançadan çıxarıb.

 

 


Xəbər xətti