“Bakı-Avropa Oyunları 2015” filmi çəkilir

17:05 23 İyun 2015

Bakıda keçirilən birinci Avropa Oyunları barədə Rusiya kinematoqrafçılarının iştirakı ilə “Bakı-Avropa Oyunları 2015” adlı tammetrajlı sənədli film çəkilir.

Mədəniyyət və Turizm Nazirliyinin “Dublyaj” studiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi Sergey Şaçin və rejissoru Natalya Zavoznenkodur. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, onlar idman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifləridirlər. Filmin operatorları Asif Qəhrəmanov, Allahverdi Şahqulubəyov, İvan Germanov, Aleksandr Koçubeydir.

Ölkəmizdə yüksək səviyyədə təşkil olunan ilk Avropa Oyunları ilə yanaşı, filmdə Azərbaycanda qədim tarixi ənənələrə malik olan milli idman növlərinin yaranmasından, inkişafından, xalqımızın həyat və məişətindəki mühüm yerindən də bəhs ediləcək.


Digər xəbərlər

Xəbər xətti