Fizuli Məmmədov "Rəvan"dan ayrıldı - ÖZƏL XƏBƏR

18:18 23 İyun 2015

"Rəvan"ın 19 yaşadək futbolçularından ibarət komandasının baş məşqçisi Fizuli Məmmədov komandadan ayrılıb.

Sportarena.az xəbər verir ki, 1 saat bundan öncə komandası ilə çempionluq yaşayan çalışdırıcı klub rəhbərliyi ilə görüşüb və ayrılmaq qərarını onlara bildirib. 

Məsələ ilə bağlı Fizuli Məmmədovun özü ilə əlaqə saxladıq, baş məşqçi xəbərin doğru olduğunu dilə gətirdi :

 

"Düz məlumatdı, mən bu gün komandadan ayrılmaq barədə qərarımı verdim. Bu komandadan və futbolçulardan ayrılmaq çox çətindir, çünki mən bu komanda ilə çempionluğu qeyd etmişəm. Amma nə qədər çətin olsa da, qərarım dəyişməz qalacaq. 

Fizuli Məmmədov "digər klublardan təkliflər almasınızmı" sualını belə cavablandırdı :

 

"2-3 klubdan təklif olsa da, hazırda konkret nəsə yoxdur". 


Digər xəbərlər

Xəbər xətti