"Atletiko" "Land of Fire Azerbaijan" formasını geyinməyəcək - KLUBUN YENİ BAŞ SPONSORU "PLUS500" ŞİRKƏTİ OLDU

12:15 24 İyun 2015

"Atletiko" (Madrid) klubunun baş sponsoru dəyişib.

Sportarena.az xəbər verir ki, komandanın növbəti iki mövsüm üçün forma sponsoru "Plus500" şirkəti olacaq.Klubun saytı isə artıq  "Plus500" şirkətinin adı olan formanın şəkilini paylaşıb.

Qeyd edək ki, "Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə “Baku-2015” yazılı formalarla çıxıb. 


Xəbər xətti