Azərbaycanın boks millisində ŞOK İTKİ

17:14 24 İyun 2015

Azərbaycanın boks millisi ciddi itki ilə üzləşib.

Sportarena.az xəbər verir ki, 91 kq çəki dərəcəsində yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özünə təmin edən Məhəmmədrəsul Məcidov I Avropa Oyunlarında çıxışını başa vurub.

Buna səbəb onun zədələnməsidir. Bu üzdən də ikiqat dünya və Avropa çempionu, Olimpiadanın bürünc mükafatçısı sabah rusiyalı Qasan Qimbatovla keçirilməli olan döyüşə çıxmayacaq. Sonuncu birbaşa finala yüksələcək.


Xəbər xətti