"Bakı-2015" : Azərbaycanlı idmançıların bugünkü yarışları - SİYAHI

02:53 25 İyun 2015

“Bakı-2015” də Azərbaycan idmançıları bu gün 6 müxtəlif yarışda çıxış edəcək.

 

25 iyun

Qılıncoynatma, 09:00-dan etibarən

2012-ci il Olimpiya çempionu, azərbaycanlı qılıncoynadan Səbinə Mikina və Sevil Bünyadova cümə günü medal uğrunda mübarizədə iştirak edəcək ən güclü idmançılardır. Sablya ilə qılıncoynatma üsulu 3 növdən ən geniş yayılmış idman növüdür.

Boks 12:30-dan etibarən

Bu gün Kristal Zal 2-də keçiriləcək yarışlarda Azərbaycanın 4 güclü boksçusu medal uğrunda mübarizəyə qoşulacaq.

Boksçumuz Anna Əlimərdanova  qadınlar arasında yarımyüngül çəki dərəcəsinin (51-54kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək.

52kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə finala çıxmaq üçün almaniyalı rəqibi Hamza Toubaya  qalib gəlməlidir. Kollazo Sotomayor  isə yarımfinal mərhələsində birinci-yarım orta çəki dərəcəsində (64kq) rusiyalı rəqibi Viktor Petrovla üz-üzə gələcək.

Cüdo 12:00-dan etibarən

2009-cu il Dünya Çempionatında bürünc, 2007-2008-ci il Avropa Çempionatında iki bürünc, 2006-cı il Avropa Çempionatında gümüş, Bakıda ötən il keçirilən "Böyük Dəbilqə" üzrə gümüş medal qazanan Kifayət Qasımova qadınlar arasında -57kq çəki dərəcəsində mübarizə aparacaq.

Avropa reytinq cədvəlində 2-ci yerdə olan Orxan Səfərov, 4-cü yerdə olan İlqar Müşkiyevkişilər arasında -60kq çəki dərəcəsində tatami üzərində çıxış edəcək.

3x3 basketbol 15:00-dan etibarən

Azərbaycanın kişilər və qadınlardan ibarət voleybol komandaları ayrı-ayrılıqda Basketbol Arenasında seçmə mərhələlərdə mübarizə aparacaq.

Voleybol 19:30-dan etibarən

Qadınlardan ibarət Azərbaycan komandası 19:30-da Türkiyə ilə üz-üzə gələcək. 

Çimərlik futbolu 20:30-dan etibarən

Azərbaycanın kişilərdən ibarət komandası Çimərlik Arenasında İsveçrə ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti