"Bakı-2015" : Cüdoçumuz gümüş medala sahib oldu

23:48 25 İyun 2015

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında cüdo yarışlarına start verilib.

Sportarena.az xəbər verir ki,Heydər Əliyev adına idman arenasında keçiriləcək yarışda Azərbaycan cüdoçuları da mübarizəyə qoşulacaqlar. Yarışın ilk günündə 8 idmançımız mübarizəyə qoşulacaq.

 

Kişilər

60 kq

Yığmamızın iki üzvü Orxan Səfərov və İlqar Müşkiyev mübarizəyə 1/8 finaldan start verəcəklər. Səfərov bu mərhələdə Arif Bağırovla (Belarus) qarşılaşıb. O.Səfərov rəqibinə ardıcıl iki dəfə yuko xalı ilə qiymətləndirilən fənd tətbiq edib. Daha sonra isə bir vazari xalı ilə qiymətləndirilən fənd işlədib. Lakin görüşün sonuna yaxın A.Bağırov bunlardan birinin əvəzini bir vazari balı ilə çıxsa da, Azərbaycan cüdoçusu O.Səfərov qalib gələrək 1/4 finala vəsiqə əldə edib. Təmsilçimiz bu mərhələdə isveçrəli Ludovik Çammartinlə qarşılaşıb.

Bir vazari və bir yuko xalı ilə qələbə qazan Səfərov yarımfinala adlayıb. O, bu mərhələdə ispaniyalı Fransisko Qarriqosla qarşılaşıb. Rəqibinin iki cərimə xalı ilə qiymətləndirilməsi cüdoçumuzu finala yüksəldib. Səfərov qızıl medal uğrunda yarışda rusiyalı Bestan Mudranovla üz-üzə gəlib. Bu görüşdə idmançımız uduzaraq gümüş medala sahib olub.

 

İ. Müşkiyevin çıxışı uğursuz alınıb. Franssiko Qarriqosla üz-üzə gələn idmançımız rəqibinə yuko xalı ilə uduzub. 


66 kq

Bu çəki dərəcəsində yarışacaq hər iki cüdoçumuz mübarizəyə 1/16 finaldan qoşulacaq. Nicat Şıxəlizadə ilk görüşündə türkiyəli Sinan Sandalla üz-üzə gəlib. O, rəqibini ippona salaraq məğlub edib.  Cüdoçumuz 1/8 finalda italiyalı Elio Verde ilə qarşılaşıb və idmançımız rəqibini ipponla məğlub edərək adını 1/4 finala yazdırıb.

Şıxəlizadə bu mərhələdə portuqaliyalı Serji Oleiniçlə üz-üzə gəlib və ipponla rəqibinə uduzub. Bununla belə, cüdoçumuz təsəlliverici yarışlara qatılmaq imkanı əldə edib. O, ukraynalı Georgi Zantaraya ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız bürünc medal uğrunda yarışacaq. O, son qarşılaşmasında rusiyalı Mixail Pulyayevlə üz-üzə gəlib və rəqibinə uduzub.

 

Digər idmançımız Tərlan Kərimov isə rusiyalı Mixail Pulyaevlə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rus idmançısı vazari xalı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Qadınlar

48 kq

Bu çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. İlk olaraq tatami üzərinə Leyla Əliyeva çıxıb. O, 1/16 finalda  sloveniyalı Kristina Vrsiç qarşılaşıb. Bu görüşdə cüdoçumzu şido xalı ilə qalib gəlib. L.Əliyevə 1/8 finalda belçikalı Şarlin van Sniklə qarşılaşıb və məğlub olub.

Digər təmsilçimiz Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantseva ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibini ipponla mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda italiyalı Valentina Moskattla qarşılaşıb. Cüdoçumuz ippona düşərək uduzub.


52 kq

Yığmamızın üzvü Səkinə Zayirova mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk görüşündə israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirib. Bu döyüşdə cüdoçumuz ipponla uduzub.

 
57 kq

Millimizin medal ümidlərindən olan Kifayət Qasımova 1/8 finala vəsiqə uğrunda serbiyalı Yovana Roqiçlə yarışıb. K.Qasımova daha çox xəbərdarlıq (sido) aldığına görə tatamini məğlub tərk edib.


Xəbər xətti