"Növbəti Avropa Oyunları Qərbi Avropa ölkələrindən birində keçirilməlidir" - Patrik Hikki

13:39 25 İyun 2015

"İkinci Avropa Oyunları Qərbi Avropa ölkələrindən birində keçirilməlidir".

Sportarena.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyinə müsahibəsində Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki bildirib.

AOK prezidenti qeyd edib ki, Oyunların coğrafi yayılması siyasətinə görə növbəti Avropa Oyunları qitənin qədim hissəsi – Qərbi Avropada keçirilməlidir. P.Hikki 4 ölkənin 2019–cu ildə ikinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliklərini irəli sürdüyünü bildirib. Ölkələrin adlarını hələlik gizli saxlayan AOK prezidenti onlardan ikisinin Niderlandın ikinci Avropa Oyunlarına ev sahibliyindən imtina etməsindən sonra müraciət etdiklərini vurğulayıb. P.Hikki deyib ki, növbəti Oyunların keçiriləcəyi şəhərlə bağlı qərar ilin sonunadək qəbul olunacaq.

“Biz hazırlıqlar üçün həmin ölkəyə vaxt vermək baxımından tez qərar qəbul etməliyik” - deyə AOK prezidenti qeyd edib. O deyib ki, növbəti Oyunlara bəzi idman növlərinin əlavə edilməsi və yarışların daha da təkmilləşdirilməsi barədə müzakirələr də aparılacaq.


Xəbər xətti