"Bu günə qədər ilk Avropa Oyunlarında 173 çempiona qızıl medal təqdim olunub" - Saymon Kleq

13:48 25 İyun 2015

"Bu günə qədər ilk Avropa Oyunlarında 173 çempiona qızıl medal təqdim olunub".

Sportarena.az xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 25-də keçirdiyi mətbuat konfransında deyib.

Saymon Kleq həmçinin bildirib: "Bu gün ərzində isə 21 dəst medal öz sahibini tapacaq. Bunlardan 2-si qılınc oynatma, 9-u üzgüçülük, 5-i cüdoda, 5-i boks idmanı üzrə olacaq".


Digər xəbərlər

Xəbər xətti