Moldovanın MOK-nin prezidenti Nikolay Juravski Tofiq Heydərovla görüşdü – FOTO + VİDEO

16:00 25 İyun 2015

“İdmanın inkişafında gənc nəsil üçün hər cür şərait yaratmaq istəyən dövlətlər və xalqlar AAAF Park layihəsindən örnək götürməlidirlər” - Nikolay Juravski

 

 

12 idman növündə 86 idmançı ilə Bakıda keçirilən I Avropa Oyunlarında Moldovanı təmsil etmək üçün ölkəmizə səfər etmiş Moldova Milli Olimpiya Komitəsinin prezidenti  Nikolay Juravski “Zirve” Beynəlxalq İdman Klublarının Mərkəzi bazası olan, idmanla sadə həyatın sintezini təşkil edən “AAAF Park” Yaşayış Kompleksində olaraq,  burada yaradılan  infrastruktur, idman qurğuları  ilə tanış oldu.

Nikolay Juravski Azərbaycanda ilk idman təmaüllü “Zirvə” litseyi və “AAAF Park” Yaşayış Kompleksinin nəzdində fəaliyyət göstərən “Zirvə” Uşaq İdman Akademiyası ilə tanış olmuş, kiçik yaşlarından başlayaraq uşaqlarda idmana meylliliyin artırılması məqsədilə yaradılmış şəraiti bəyənmişdir.

Juravski “AAAF Park” Yaşayış Kompleksinin təsisçisi və “Zirve” Beynəlxalq İdman Klublarının  prezidenti Tofiq Heydərovla görüşmüş, Moldova Milli Olimpiya Komitəsinin prezidenti olaraq “Kişinyov-Zirve” İdman Klubu  ilə bağlı planlar müzakirə edilmişdir.

Xatırladaq ki, mərkəzi bazası “AAAF Park” Yaşayış Kompleksi olan “Zirve” Beynəlxalq İdman Klublarının Moldovada fəaliyyət göstərən “Kişinyov-Zirve” İdman Klubunda məşq edən minlərlə idmançı bir çox idman növləri üzrə yarışlara qatılır. Ağır atletika üzrə Moldova milli komandası mütəmadi olaraq təlim-məşq toplanışlarını “Kişinyov-Zirve” İdman Klubunda keçirir.

Moldovaya qayıdan zaman “Kişinyov-Zirvə” İdman Klubunun rəhbərliyi ilə görüşəcəyini bildirən Jurovski Moldovanın gənc nəslinin inkişafına yönələn istənilən addımı alqışla qarşıladığını bildirərək, ölkələrimiz arasındakı əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyan bu layihənin  mütləq uğur qazanmalı olduğunu dilə gətirmişdir.

 

 


Xəbər xətti