İlk Avropa Oyunlarının bağlanış mərasimi dünyanı mat qoyacaq - VİDEO

18:19 25 İyun 2015

"İlk Avropa Oyunlarının açılış mərasimində Azərbaycan öz tarixini nümayiş etdirdi. Düşünürəm ki, bağlanış mərasimi də möhtəşəmliyi ilə dünyanı mat qoyacaq". 

 

Bu sözləri ANS TV-yə eksklüziv müsahibəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Marina Mard söyləyib.

 

Aİ nümayəndəsi Bakı 2015-in təşkilatçılığını yüksək qiymətləndirib.

 

“Demək istəyirəm ki, mənim üçün açılış mərasimi fantastik idi. Çox gözəl düşünülmüş və hazırlanmışdı. Səhnəyə böyük ölçülü narın düşüb partlaması və içindən şarların çıxması isə məni daha çox valeh etdi. Hətta o şarlardan birini mən övlədıma gətirmişdim. Azərbaycan ev sahibliyi etdiyi oyunların açılışında öz qədimi məkanlarını və rəmzlərini dünyaya bir daha göstərdi. Əslində bu bir ismarıc idi. Mənim üçün bunları görmək çox gözəl hisslər idi”.

 

 


Digər xəbərlər

Xəbər xətti