SON XƏBƏR - Azərbaycanın qazandığı medalların sayı 46-ya çatdı

01:00 26 İyun 2015

“Bakı 2015” ilk Avropa Oyunlarında on dördüncü yarış günü medallar sahiblərini tapıb. 
 

Sportarena.az xəbər verir ki, iyunun 25-i Azərbaycanın qazandığı medalların sayı 46-ya çatıb.

 

Hazırda reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 59 qızıl, 32 gümüş, 32 bürünc (123).

Azərbaycan yerini yenə də dəyişməyib. Ölkəmiz ikinci yeri əldən verməyib (15 qızıl, 13 gümüş, 18 bürünc). Millimizin üzvləri bu gün 1 qızıl, 2 gümüş və 3 bürünc əldə edib

Üçüncü yerdə isə dəyişiklik olub. Böyük Britaniya komandası Almaniyanı keçərək üçüncü sırada qərarlaşıb (14 qızıl, 11 gümüş, 15 bürünc). 


Xəbər xətti