Kamran Abdullazadə : "Hər şey "Xəzər-Lənkəran" rəhbərliyindən asılıdır" - MÜSAHİBƏ

01:36 26 İyun 2015

"Xəzər Lənkəran" klubunun futbolçusu Kamran Abdullazadənin müsahibəsi:

 

 

- Geridə qalan mövsümü "Xəzər Lənkəran" üçün necə dəyərləndirərdin?

 

- Geridə qalan mövsümü çoxda yaxşı keçirmədik. Mövsümü 7-ci yerdə bitirdik. Amma "Xəzər Lənkəran" bundan da yaxşılarına layiqdir. Inşallah gələn mövsümdə yaxşı yerlər tutarıq.

 

- Komandaya eks baş məşqçi Yunis Hüseynov təyin edilib. Həmin Hüseynov ki, Xəzər Lənkəran tarixində ilk dəfə Avro Liqada mərhələ keçmişdi. Səncə yenidən belə uğura imza ata biləcək? 

 

- İnşallah yenə uğurlara imza atacaq. Mən inanıram. Mən hər il komandaya inanmışam. Gələn mövsümdə inanıram. Uğurları çox olacağ inşallah.

 

-"Xəzər Lənkəran" artıq transferi ilə gələn mövsüm üçün iddiasını ortaya qoyur. Səncə neçə illik çempionluq və kubok həsrəti gələn mövsüm sona çata bilər?

 

- Niyədə olmasın? İnşallah sona çatacaq. 

 

- Yunis Hüseynov komandanın gələn mövsüm üçün Türkiyədə olacaq təlim məşq toplanışına səni dəvət eləməyib. Dəvətin olmamasının səbəbi nədir?

 

- Səbəbini vallah bilmirəm. Bəlkə nəsə bildiyi var. Baş məşqçidir. Ola bilsin oyun taktikasına uyğun deyiləm. Hər şey ola bilər. Birdə bütün komandaya Türkiyədə uğurlar arzulayıram

 

- Bəzi xəbərlərə görə təlim məşq toplanışına çağırılmamağına səbəb baş məşqçi Yunis Hüseynovla aranda söz atışması olması, bəzi xəbərlərə görə isə sənə "Neftçi",  "Zirə" və "Sumqayıt"dan təkliflərin olmasıdır...

 

- Bunlar hamısı şayiələrdi. Mənim Yunis məllimlə aramızda söz atışması, ya da başqa heç bir şey olmayıb. Heç bir məşqçiyə heç vaxt hörmətsizlik eləmərəm. Aramız Yunis məllimlə həmişə yaxşı olub. Hörmətini saxlamışam. Təklifdə yox idi. Mən "Xəzər Lənkəran"da xöşbəxtəm. Amma belə alındı.

 

-"Xəzər Lənkəran"dan rəsmən ayrılmısam? Əgər əsas komandaya çağırılmasan  karyeranı başqa klubda davam etdirmək fikrin var?

 

- "Xəzər Lənkəran"la hələ 1 illik müqaviləm var. Hər şey rəhbərlikdən asılıdır. Mənə icazə versələr başqa kluba keçə bilərəm. İcazə verməsələr əvəzedici heyətdə məşq edib oyunları keçirəcəm. 

 

-Yenidən əsas komandaya geri dönmək ehtimalın var?

 

- Niyədə olmasın?  Inşallah hər şey yaxşı olar. (avrofutbol.com)


Xəbər xətti