Avropa Oyunları dünyanın 145 ölkəsində yayımlanır - Azad Rəhimov

12:14 26 İyun 2015

Birinci Avropa Oyunlarının yarışlar ümumilikdə 61 televiziya kanalı vasitəsilə dünyanın 145 ölkəsində yayımlanır. 824 milyon mәnzildә bu oyunlar izlәnilir.

 

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb: "Yayım saatları tәxmini Soçi Olimpiya oyunları ilә eynidir. 253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olunacaq.

Ümumiyyətlə isə Birinci Avropa Oyunlarında idmançıların bacarıq səviyyəsi yüksəkdir və onlar böyük əzmkarlıqla çalışırlar".


Digər xəbərlər

Xəbər xətti