“Döyüşə anamın hədiyyəsi olan yaylıqla çıxdım...” - Bürünc medalçımız

13:45 26 İyun 2015

“Keti Teylora qarşı görüşüm çox çətin keçdi. Hər idmançının öz taktikası var. Atam məşqlər zamanı nə demişdisə, onu da etdim. İnamlı döyüşdüm. Məğlub olsam da, burda iştirak etmək böyük şans idi. Rio-de-Janeyro Olimpiadasına yolum açıldı”. 
 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Oyunlarında boks yarışlarında bürünc medal qazanan xanım boksçumuz Yana Alekseevna deyib.

O, bu gün boks yarışlarının yarımfinal görüşündə irlaniyalı Keti Teylora məğlubiyyətindən danışıb: “Hər bir xanım idmançı döyüşə talismanla çıxır. Bugünkü döyüşə çıxdığım yaylıq anamın mənə xeyir-dua ilə hədiyyəsi idi. Sanki bu yaylıqda uğur var. Ona görə də onsuz döyüşlərə çıxmıram”.

Alekseevna gələcək planlarından da danışıb: “Bundan sonra istirahətə yollanacam. İstirahətdən sonra məşqlərimi davam edəcəm. Növbəti Yay Olimpiya oyunlarına hazırlaşacam. Azərbaycan mənim üçün çox şey edib. Onun qarşılığında Rio-de-Janeyroda bayrağımızı qaldırmağa çalışacam”. (Qafqazinfo)


Xəbər xətti