"Çox sevinirəm ki, çətin döyüşün qalibi oldum" - Xaybula Musalov

18:16 26 İyun 2015

Bu gün macarıstanlı rəqibini məğlub edəərk finala vəziqə qazanan boksçumuz Xaybula Musalov jurnalistlərlə söhbətləşib. 
 

İdmançımız qələbəsini belə şərh edib:

“Çətin döyüş alındı. Rəqibim güclü idi. Bundan əvvəl onunla qarşılaşmamışdım. Rəqbimi ilk dəfədir ki, burda görürəm. Çox sevinirəm ki, çətin döyüşün qalibi oldum. Qələbəni asanlıqla əldə etmədim. Finala çıxdığım üçün çox şadam. Xoşlamasam da, emosiyalarımı biruzə verdim. Hətta onu savaşa da çağırmaq istəyirdim”.


Digər xəbərlər

Xəbər xətti