"Bakı-2015" : İlham Zəkiyev qızıl medala sahib oldu - FOTO + VİDEO

22:10 26 İyun 2015

“Bakı-2015” I  Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların mübarizəsi reallaşıb.

Ölkəmiz üç idmançı ilə təmsil olunub. Zakir Mislimov və Səbinə Abdullayeva 1/4, İlham Zəkiyev isə yarımfinal mərhələsindən mübarizə aparıb. 90 kq çəki dərəcəsində İlham Zəkiyev yarımfinalda yunanıstanlı Klimis Papaçristos cütünün qalibi ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz finala yüksəlib. O, həlledici görüşdə Ukrayna təmsilçisi Aleksandr Pominovla qarşılaşıb. İpponla qalib gələn idmançımız qızıl medal qazanıb. 

Digər cüdoçumuz Zakir Mislimov 1/4 finalda Ukrayna idmançısı Aleksandr Pominovla üz-üzə gəlib. İppona düşən cüdoçumuz görüşdən məğlub ayrılıb. Məğlubiyyətə baxmayaraq, Mislimov təsəlliverici görüşlərə qatılıb. Burada fransalı Julyen Taurineslə ipponla qalib gələn təmsilçimiz bürünc medal uğrunda yarışmaq imkanı əldə edib. O, yarımfinalda cüdoçumuz İlham Zəkiyevin məğlub etdiyi yunanıstanlı Klimis Papaçristosla qarşılaşıb və ipponla qalib gəlib.


Qadınlar

57 kq

Bu çəki dərəcəsində millimizin üzvü Səbinə Abdullayeva 1/4 finalda ispaniyalı Mariya Merensiano ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Abdullayeva yarımfinala adlayıb. Bu mərhələdə ukraynalı Nataliya Nikolayçiki 1 yuko və 1 vazari xalı ilə məğlub edən cüdoçumuz finalda iştirak hüququ qazanıb. O, həlledici görüşdə digər ukraynalı İnna Çerniakla üz-üzə gəlib. S.Abdullayevə ipponla uduzub və gümüş medalla kifayətlənib.

 

 


Xəbər xətti