"Bakı-2015" : Cüdoçularımız medal qazana bilmədi

15:38 27 İyun 2015

“Bakı-2015” I Avropa Oyunlarında cüdo üzrə yarışların 1/16 mərhələsində bir sıra görüşlər keçirilir.Yığmamızın 5 üzvü bu gün meydana çıxır. 



 

 
Kişilər

90 kq


Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. O, portuqaliyalı Çelio Diasla qarşılaşıb. İ.Qurbanov ipponla qalib gəlib. O, 1/8 finalda Kriştian Totla (Macarıstan) mübarizə aparıb və rəqibinə uduzaraq mübarizəni dayandırıb.
  
100 kq

Bu çəkidə Azərbaycanı iki idmançı təmsil edəcək. Dünya çempionu  Elxan Məmmədov 1/16 final görüşündə Zlatko Kumriçlə (Xorvatiya) üz-üzə gəlib. E. Məmmədov 145-ci saniyədə rəqibini ippona salıb. O, 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirib.  E.Məmmədov ipponla uduzub.

Bayraqdarımız Elmar Qasımov mübarizəyə 1/8 finaldan qoşulub. O, bu mərhələdə Jorje Fonseka (Portuqaliya) ilə üz-üzə gəlib. O, ippona düşərək məğlub olub.
 
+100 kq

Bu çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşıb O, rəqibini ippona salaraq qalib gəlib. Cüdoçumuz 1/8 finalda gürcüstanlı Levani Matiaşvilini sınağa çəkib.Kokaurinin ipponla uduzub və mübarizəni dayandırıb. 
 
Qadınlar

78 kq


Qadınların yarışında ölkəmizi Günel Həsənli təmsil edib. 18 yaşlı idmançımız 1/16 final mərhələsində Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə idmançımız ipponla uduzub.


Xəbər xətti