Erməni boksçu Azərbaycan idmançısı Abdulqadir Abdullayevlə döyüşdən imtina etdi

20:00 27 İyun 2015

Birinci Avropa Oyunlarında boks üzrə yarışların sonuncu mərhələsi keçirilir.

Azərbaycanı 91 kq çəki dərəcəsində təmsil edən boksçu Abdulqadir Abdullayev finala vəsiqə qazanıb. İdmançımız həlledici görüşdə Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanla görüşəcəkdi, lakin rəqib döyüşə çıxmaqdan imtina edib. Səbəb kimi isə, zədələnməsi göstərilib.

Bununla da qızıl medal boksçumuz Abdulqadir Abdullayevə verilib.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 21-ci qızıl medaldır. Bokçularımızın payına isə 6 qızıl medal düşür.


Xəbər xətti