Prezident çempionumuza qızıl medal təqdim etdi - FOTOLAR

20:16 27 İyun 2015

Prezident İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 60 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Prezident qızıl medalı boksçumuz Albert Səlimova təqdim edib. Səlimov finalda rəqibi fransız Oumiha Sofiana qalib gələrək qızıl medala sahib olub 3:0.

Xatırladaq ki, kişilərin mübarizəsində Albert Səlimov (60 kq) yarımfinalda İrlandiya idmançısı Sin Makkombu mübarizədən kənarlaşdıraraq finala çıxıb. Görüş 3:0 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb.


Xəbər xətti