"Qələbəmi məni dəstəkləyənlərə, mənim üçün həyəcan keçirənlərə həsr edirəm" - Albert Səlimov

20:48 27 İyun 2015

"Döyüş normal keçdi. İlk raundda bir az çətinlik çəkdim. Sonra isə hər şey qaydasına düşdü".

 

Bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında boks yarışlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanan Albert Səlimov jurnalistlərə deyib.

O bildirib ki, sabahdan bu yarışı unutmaq və  digər yarışlara hazırlaşmaq lazımdır: 

"Arxayınlaşmaq olmaz. Hər bir medalı qazanmaq böyük zəhmət tələb edir. Bu medal da digərləri kimi məndə yüksək yerlərdən birində asılacaq. Mənim üçün bütün medalların əhəmiyyəti önəmlidir".

A.Səlimov qeyd edib ki  İlk Avropa Oyunlarının Bakıda keçirilməsi çox gözəldir:

" Yaxşı ki, ilk belə turnirdə qalib gələ bildim.  Qələbəmi məni dəstəkləyənlərə, mənim üçün həyəcan keçirənlərə həsr edirəm".


Xəbər xətti