“Dedilәr ermәni zәdәlәnib, əslindә necә olduğunu bilmirәm...” - Abdulkadir Abdullayev

21:15 27 İyun 2015

Bu gün Azərbaycana üçüncü qızıl medalı qazandıran boksçumuz Abdulkadir Abdullayev jurnalistlərə açıqlama verib. 
 

Final rinqinə çıxmadan çempion olan idmançımız Ukraynanı təmsil edən erməni idmançının oyundan imtina etməsini də şərh edib:

“Qızıl medala çox sevinirәm.Amma rinqә çıxıb qazansaydım, çox yaxşı olardı. Mәnә dedilәr ki, ermәni әsilli idmançı zәdәlәnib vә ona görә döyüşә çıxmadı. Әslindә necә olduğunu bilmirәm. Mәnә dәstәk olan hәr kәsә tәşәkkür edirәm. İndi istirahәtә ehtiyacım var. Ondan sonra da dünya çempionatına hazırlaşacam”. (Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti