“Mançester “Avropa Oyunları-2023”ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər”

18:40 28 İyun 2015

“Mançester Avropa Oyunları-2023-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər”.

 

Bu sözləri BBC-yə müsahibəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. P.Hikki həmçinin 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyini irəli sürdüyünü qeyd edib: “Faktiki olaraq, 2023-cü ildə  Avropa Oyunlarının Mançesterdə keçirilməsi ilə bağlı qərarın dəqiqləşdirilməsi üçün Mançesterdən müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər”. (APA)


Xəbər xətti