"Biz bütün Avropanın ümidlərini doğrulda bildik" - Azad Rəhimov

17:23 29 İyun 2015

"Bu, bizim son toplanışımız deyil. Fürsətdən istifadə edib, hər birinizə təşəkkürümü bildirirəm. Siz Avropa Oyunlarını yaxşı şəkildə işıqlandırdınız. Bütün qonaqlar bizə təşəkkürünü bildirir. Azərbaycandan hər kəs razı gedir".
 
Sportarena.az xəbər verir ki,bu sözləri gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının yekunları ilə bağlı bu gün keçirilən tədbirdə deyib. 

Nazir "Bakı-2015" I Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın işinin öhdəsindən layiqincə gəldiyini bildirib: "Biz işimizin öhdəsindən layiqincə gəldik və Azərbaycanı dünyaya çox gözəl tanıtdırdıq. Bağlanış mərasimi də bizim Avropaya nə qədər yaxın olduğumuzu göstərdi. Bu, bizim ölkəmizin uğuru idi. Komandamız da böyük uğur qazandı. İdmançılarımız 21-si qızıl olmaqla, ümumilikdə 56 medal qazanmaqla tarix yazdılar. Bu nəticə bizim üçün gözlənilməz oldu.

Ölkə prezidenti İlham Əliyev də idmançılarımızı, bu işdə əməyi olan hər kəsi təbrik edib, mükafatlandırdı. Biz hamımız bir nəfər kimi Mehriban xanıma təşəkkürümüzü çatdırırıq. Bizim ən böyük naliyyətimizdən biri bütün idman arenalarının azarkeşlərlə dolu olması idi. Biz bütün Avropanın ümidlərini doğrulda bildik".


Digər xəbərlər

Xəbər xətti