"Neftçi" - "Mladost" matçının biletləri satışa çıxarıldı

21:17 29 İyun 2015

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Mladost" matçının biletləri satışa çıxarılıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlər matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunun kassalarında satılır.

Azarkeşlər, VİP, ailəvi (3A) və digər sektorlara bilet almaqla matçı izləyə biləcəklər. Biletlərin qiyməti 1-10 manat arasında dəyişir. 

Qeyd edək ki, iyulun 2-də keçiriləcək "Neftçi" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.




VİP sektorlara 1 biletin qiyməti -10 manat

3B sektoruna 1 biletin qiyməti  - 2 manat

Digər sektorlara 1 biletin qiyməti - 1 manat  


Xəbər xətti