"Qarabağ" Avstriya hazırlığından NÖVBƏTİ FOTOLAR

12:50 30 İyun 2015

"Qarabağ" Avstriyada hazırlıqlarını davam etdirir. 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki,  Kössen qəsəbəsində təlim-məşq toplanışında olan komanda günü tək çalışma ilə keçirib.
 
Məşq 1 saat 40 dəqiqə davam edib. Dünən Dani Kintananın yüngül zədə səbəbindən məşqi bitirə bilməmişdi. Bugün baş tutan məşqdə ispan yarımmüdafiəçi komanda ilə məşqlərdə iştirak edib.

Qeyd edək ki, "Qarabağ" bu gün Avstriya təmsilçisi "SV Horn"la yoxlama oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:45-də başlayacaq və klubun rəsmi YouTube kanalı vasitəsi ilə canlı  yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti