Ronaldinyo açıqladı - Türkiyəyə gəlir

17:22 30 İyun 2015

Türkiyənin "Antalyaspor" klubu braziliyalı məşhur futbolçu Ronaldinyonun transfer çalışmalarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, artıq bu barədə danışıqlar yekunlaşmaq üzrədir. 
 

 

Belə ki, cənubi amerikalı bu transferlə bağlı sosial şəbəkələrdə videosunu paylaşıb. O, dolayısı yolla da olsa, Antalya təmsilçisinə qoşulacağını bildirib: “Salam, mən Ronaldinyo Qauço. Tezliklə Türkiyədə birlikdə olacağıq”. 

Klub prezidenti Güntekin Gəncər isə açıqlamasında 34 yaşlı futbolçunun 1-2 gün içində Türkiyəyə gələcəyini qeyd edib. 

Qeyd edək ki, Superliqaya yenicə vəsiqə qazanan "ağ-qırmızılar" daha öncə də kamerunlu Samuel Eto`Onun transferini reallaşdırmışdı. (Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti