"Arsenal"ın ulduz futbolçusu "Qalatasaray"da oynamaq istəyir

21:24 30 İyun 2015

"Qalatasaray"ın transfer etmək istədiyi Almaniya millisinin və "Arsenal"ın ulduz futbolçusu Lukas Podolski maraqlı açıqlama verib.

Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu İstanbul təmsilçisində oynamaq istədiyini dilə gətirib.

 

Antalya şəhərində istirahətdə olan futbolçu “Galatasaray TV”yə bunları deyib: “Qalatasaray”da oynamağı çox istərdim. Komandanın çox yaxşı azarkeşləri var. Sosial şəbəkələrdən mənə maraq göstərirlər. “Qalatasaray”la transfer görüşmələrim davam edir. Ümüd edirəm ki, bu transfer olacaq”.

 

Qeyd edək ki, Podolskinin “Arsenal”la hələ 1 illik müqaviləsi var. Londonlular bu keçid üçün "Qalatasaray"dan 8 milyon avro tələb etdiyi deyilir.


Xəbər xətti