Yeniyetmələrimiz Krasnodarda 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı - FOTO

17:15 1 İyul 2015

Rusiya Federasiyası Krasnodar Vilayətinin Qulkeviç şəhərində SSRİ idman ustası V.D. Vısotskinin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Sərbəst güləş üzrə yığma komandanın üzvləri böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə iştirak edib. 

Ümumilikdə 210 güləşçinin yarışdığı turniri yığmamızın üzvləri 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza keçirdikləri bütün görüşləri qələbə ilə tamamlayan Şahin Muxtarov (42 kq), Fazil Həsənov (58 kq), Rəşad Yusifli (69 kq) və Ravil Babazadə (76 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Əliabbas Rzazadə (50 kq) gümüş medalla kifayətlənib. 

Bürünc medalları isə yığmamıza Turan Bayramov (50 kq), Şahin Əlifzadə (54 kq), Orxan Abbasov (69 kq) və Rahid Həmidli (85 kq) qazandırıb. 


Digər xəbərlər

Xəbər xətti