Avropa Oyunlarının gümüş medalçısı əməliyyat olundu - FOTOLAR

16:31 2 İyul 2015

Bakı 2015 I Avropa Oyunlarında cüdo üzrə yığma komandamızın yeganə medalçısı Orxan Səfərov əməliyyat olunub.

 

Avropa Oyunlarında gümüş medal qazanmış idmançı bu barədə sosial şəbəkədə məlumat verib və əməliyyatdan sonrakı halının şəklini paylaşıb.

 

Səfərov bud əzələsinə görə əməliyyat masasına uzanıb. O, zədəsi ilə bağlı belə açıqlama verib:

 

“Şükür Allaha, əməliyyat bitdi. Arxa bud əzələm tam qopmuşdu”.

 

İdmançı yaxın zamanda məşqlərə qayıtmağı da düşünür. (publika)


Xəbər xətti