Ramazan ayının 16-cı günü: İmsak və iftar vaxtı

02:01 3 İyul 2015

Bu gün Ramazan ayının 16-cı günüdür.

 

QMİ-nin Şamaxı Rəsədxanasına istinadən tərtib etdiyi cədvələ əsasən, imsak Bakı saatı ilə 04:45-də bitir. İftar isə saat 21:31-dədir.

"Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla".

Ramazan ayının 16-cı gününün duası:

"İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı". 

("Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin")

P.S Cədvəllərdə olan fərqliliklərə görə oruc tutanların hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməsi məsləhətdir.


Digər xəbərlər

Xəbər xətti