Qalib gəlməli olduğumuz oyunda uduzduq" - "Qəbələ"nin futbolçusu

14:06 3 İyul 2015

"Çətin oyun oldu. İlk 15 dəqiqə xüsusən bizim üçün ağır keçdi. Daha sonra komanda oyununu düzəltdi. Rəqib 10 nəfərlə qalmışdı. Qələbə qazanmağa borclu idik. Sadəcə, 2 kobud səhv ucbatından uduzduq". 

Sportarena.az xəbər verir ki,bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Avropa Liqasının I təsifat mərhələsində "Dinamo"ya məğlub olduqları oyundan (1:2) sonra deyib.  

Təcrübəli futbolçu cavab matçında qələbə qazanaraq mərhələ keçməyə çalışacaqlarını bildirib: "Futbolda səhvsiz keçinmək olmur. Çox məyusuq. Qalib gəlməli olduğumuz oyunda uduzduq. Qələbə qazanacağımıza inanırdım. Meydana daxil olanda da yalnız bu haqda düşünürdüm. Rəqibin azlıqda qalmasından istifadə etməliydik. Bundan sonra bizə çətin olacaq. Sərfəli nəticəylə qayıtsaydıq, cavab qarşılaşmasında daha rahat oynayardıq. Lakin alınmadı. Bununla belə, cavab matçında 1 cavabsız qol mərhələni keçməyə yetərli olacaq. Bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti