"Zirə"nin yeni transferi: "Burda ən çox nizam-intizamı bəyəndim"

14:53 3 İyul 2015

2015/2016-cı il mövsümünün hazırlıqlarını davam etdirən “Zirə”nin yeni transferi Viktor İqbekoyi klubun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az həmin açıqlamanı sizə təqdim edir: 

 

“Yeni komanda, yeni kollektiv. Burda ən çox nizam-intizamı bəyəndim. AZAL-dan tanıdığım futbolçular var burda. Ancaq digərləri də məni yaxşı qarşıladı. Biz artıq indidən bir komanda kimiyik. Bu ən vacib amillərdən biridir. Odur ki, nikbinəm və fikirlərim də müsbətdir. Bütün hallarda oyun üslübu və futbolçuların bir-birinə uyğunlaşması üçün müəyyən vaxta ehtiyacımız var. Premyer liqada bizi güclü rəqiblər gözləyir. Çətin olacağını bilirik, amma azarkeşlərimizi sevindirmək üçün bacardığımızı əsirgəməyəcəyik”.


Digər xəbərlər

Xəbər xətti