"Məqsədimiz güclü kollektiv formalaşdırmaqdır" - "Zirə"nin baş məşqçisi

18:39 3 İyul 2015

"Komandamız yeni formalaşır və ilk məşqlərdən ümumi dözümlülük üzərində işləyirik. Hələ ki, görüləcək işlərimiz çoxdur. Məqsədimiz güclü kollektiv formalaşdırmaqdır".

Sportarena.az xəbər verir ki,bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov klubun rəsmi saytına açıqlamasında deyib. 

A.Şükürov təlim-məşq toplanışı üçün Türkiyəyə gedəcək komandanın qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırdığını bildirib: "İndi yalnız bir legionerimiz var, lakin daha 5-6-nı cəlb etməyi düşünürük. Hazırda bir çox futbolçunu nəzərdən keçiririk. 

Hazırlığımızın ilk mərhələsində əsasən fiziki hazırlıq üzərində çalışacağıq. Bakıda olduğumuz müddətdə həmçinin, bir yoxlama oyunu da keçirəcəyik. Təlim-məşq toplanışının 2-ci mərhələsi Türkiyənin Ərzurum şəhərində olacaq və ayın 15-də qardaş ölkəyə gedəcəyik. Ərzurumda 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Hansı komandalarla qarşılaşacağımız hələ məlum deyil. Bu yöndə danışıqlar davam edir".


Digər xəbərlər

Xəbər xətti