Daha bir məşhur AAAF Parkın qonağı oldu - FOTO + VİDEO

00:56 4 İyul 2015

AAAF Park Yaşayış Kompleksinin layihəsi olan və “İnterAz” Televiziyasında yayımlanan “Məşhurlar AAAF Park”da verilişinin növbəti qonağı tanınmış müğənni Elnur Valeh oldu. 

 

Qonaq veriliş ərzində AAAF Parka toplaşanlara və televiziya izləyicilərinə biri-birindən gözəl ifalarını təqdim edib, həmçinin sənətindəki son yeniliklərdən danışıb: “Sənətə meyxana ilə gəlmişəm və 2012-ci ilə qədər meyxana oxumuşam, amma sonradan sənətimdə dəyişiklik edərək meyxanadan uzaqlaşdım. Hazırda isə sənətimlə bağlı xeyli yeniliklər var.  Mahnılarıma bir neçə kliplər çəkmişəm”

Veriliş ərzində aparıcı tərəfindən qeyd olundu ki, Elnur Valeh bir müddət öncə “AAAF Park Astara”da baş tutan konsert proqramında da yer almışdı və orada da gözəl mahnılar səsləndirmişdi. Qonaq Xirdalanda yerləşən AAAF Park kimi “AAAF Park Astara”da yaradılan şəraitə də heyran qaldığını dilə gətirdi.

Qeyd edək ki, veriliş zamanı qonağa AAAF Park adından sakin kartı və 10% endirimli mənzil kuponu hədiyyə edildi.

 

 


Digər xəbərlər

Xəbər xətti