"Xəzər-Lənkəran"ın futbolçusu zədələndi, məşqdə iştirak edə bilmədi

15:08 4 İyul 2015

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər-Lənkəran" növbəti məşqini keçirib.

Sportarena.az xəbər verir ki, dünən günün ikinci yarısında "ağ-yaşıllar" məskunlaşdığı otelin meydançasında axşam məşqinə çıxıblar.

Əzələsini dartdığından zədələnən Tural Cəlilov məşq prosesində iştirak etməyib. Futbolçu meydanın kənarında duraraq komanda yoldaşlarının hazırlığını izləyib.


Digər xəbərlər

Xəbər xətti