"Artıq hədəfimiz Messidi” - "Antalyaspor" prezidenti

03:32 5 İyul 2015

Samuel Etonu transfer edib, Ronaldinyonun da razılığını aldığı deyilən Türkiyənin “Antalyaspor” klubu ispaniyalı hücumçu David Vilyanı transfer edəcəyi ilə bağlı iddialara aydınlıq gəlib.

Bu barədə klub prezidenti Super Liqanın rəsmi yayımcı quruluşuna açıqlama verib.

Antalya təmsilçisinin başqanı Gültəkin Gəncər hazırda ABŞ-ın “Nyu-York Siti” klubunda çıxış edən 34 yaşlı forvardı transfer etmək fikrləri olmadığını, amma 5 ilə Messinin Anyalyaya gələcəyinə inandığını bildirib:

“David Vilyanı transfer edəcəyimiz xəbərini sizdən eşitdim. Belə bir fikrimiz yoxdu. Bizdən sonrakı prezidentin 5 il sonra Leonel Messini Türkiyəyə, “Antalyaspor”umuza gətirəcəyini düşünürəm. Biz onlardan bunu gözləyirik. Artıq hədəf Messidi”. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti