“Rudar” - “Qarabağ” oyunu saat neçədə başlayacaq?

12:04 6 İyul 2015

Çempionlar Liqasının ikinci təsnifat baş tutacaq "Rudar" (Monteneqro) - "Qarabağ" (Azərbaycan) cavab oyununun başlama saatı müəyyənləşib. 
 

Sportarena.az xəbər verir ki, iyulun 22-i, Petrovaç şəhərinin “Pod Malim Brdom” stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtilə 23:45-də veriləcək.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 15-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti