"Xəzər-Lənkəran"dan son durum : Souza qalır, "Rafinya" və Ante isə.....

12:22 6 İyul 2015

“Xəzər Lənkəran” Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplantısını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komanda hazırlıq planına uyğun olaraq məşq edir. Düşərgəyə yenicə qatılmış legionerlərin baxışı nəzərdə tutulduğu qaydada aparılır. Belə ki, vaxtı ilə “Ağ-yaşıl” formanı geymiş Diego Souza Gusmao əvvəllər olduğu kimi elə indi də ümidləri doğrulda bilir və iki gün ərzində yüksək performans nümayiş etdirərək baş məşqçi Yunis Hüseynovun diqqətini çəkə bilib. Onun həmyerlisi Rafael Karletti Burgueno ilə  Xorvat futbolçu Ante Mitroviçin isə taleyinə ilk yoxlama oyunundan sonra aydınlıq gələcək.


Xəbər xətti