“Mladost” - “Neftçi” matçının hakimləri açıqlandı

12:42 6 İyul 2015

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək  “Mladost” – “Neftçi” cavab oyununa hakim təyinatı açıqlanıb.

Sportarena.az xəbər verir ki,matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcəklər.

Baş hakim Kevin Klensi, onun köməkçiləri Alastair Mazer və Stüart Yan Makmillan olacaqlar. Dördüncü hakim funksiyasını Brayan Kolvin yerinə yetirəcək. Oyunun UEFA nümayəndəsi Jan Lui Pyet (Fransa), hakim-inspektoru isə Marian Ruzbarskidir (Slovakiya).

Xatırladaq ki, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Xəbər xətti