İlkin ödənişsiz satışa çıxarılan binalarda son vəziyyət - FOTO + VİDEO

20:42 6 İyul 2015

“AAAF Park” Yaşayış Kompleksində binaların tikintisi davam edir.  “AAAF TV” bununla bağlı hazırda sürətlə iş aparılan küçələrdən birindən – 28 saylı küçədən reportaj hazırlayıb.  Burada ucaldılacaq bina 16 mərtəbəli yaşayış kompleksindən və 8 blokdan ibarət olacaq.

Xatırladaq ki, “AAAF Park” Yaşayış Kompleksi  Ramazan ayı münasibətilə iyun ayının 29-dan etibarən yeni kampaniyaya start verdi. Kampaniyanın şərtlərinə görə iyul ayının 18-nədək hər bir Azərbaycan vətəndaşı İLKİN ÖDƏNİŞSİZ,  60 aylıq ödəmə şərtləri ilə mənzil əldə edə bilər. Bildirək ki, Ramazan kampaniyası məhz 28 saylı küçədə tikilən bu binalar üzrə həyata keçirilir.

8 blokdan ibarət 16 mərtəbəli bu yaşayış kompleksinin 36 aya təhvil verilməsi planlaşdırılır.

 

 


Digər xəbərlər

Xəbər xətti