Daha bir Qarabağ müharibəsi veteranı “Neftçi”dən qovuldu!

14:18 7 İyul 2015

İyulun 9-da Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq "Neftçi"də istefa baş verib. Daha doğrusu, qovulma...

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasının sədri postuna keçəndən sonra yaxın dostu, Qarabağ müharibəsi veteranı, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki Hamlet İsmayılovu klubun təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə gətirmişdi. Komanda.az-a "Neftçi"yə yaxın mənbədən verilən məlumata görə, "ağ-qaralar"ın icraçı direktoru Elnur Məmmədov dünən İsmayılovu daxili əmrlə tutduğu postdan uzaqlaşdırıb.

Əldə etdiyimiz məlumata görə, keçmiş polkovniklə Məmmədov arasında xeyli vaxt imiş ki, narazılıq yaranıbmış. Nəhayət, icraçı direktor dünən Çingiz Abdullayevin kadrını klubdan qovub.

İsmayılov "Neftçi"dən qovulan ilk Qarabağ müharibəsi veteranı deyil. Ondan əvvəl klubun operatoru, müharibə iştirakçısı olmuş Dadaş Zeynalov da Elnur Məmmədovun istəyi ilə klubdan uzaqlaşdırılmışdı.

"Neftçi" iyulun 9-da səfərdə "Mladost"la (Monteneqro) Avropa Liqası matçına çıxacaq. Elnur Məmmədov da komanda ilə birgə Monteneqroya səfərə çıxıb.


Digər xəbərlər

Xəbər xətti